Ceyhun Bayramov ABŞ-ın beyin mərkəzinin sədrini qəbul edib - FOTO 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın “Caspian Policy Center” beyin mərkəzinin idarə heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüş zamanı ikitərəfli Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti, bölgədə tranzit, nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri və regional məsələlər müzakirə edilib. 
Görüş zamanı nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib. 

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb. 

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib. 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq məsələlərinə toxunan nazir ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər və Bakıda keçirilməsi nəzərdə tutulan sammit barədə məlumat verib.

SPECA üzv dövlətləri ilə ölkəmiz arasında həm ikitərəfli hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb. 

Regionda baş verən son proseslərin beynəlxalq yük daşımalarda geniş imkanlar yaratdığı bildirilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verdiyi diqqətə çatdırılıb. 
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda keçmiş məhkum dostunun evində öldü

Abşeronda keçmiş məhkum dostunun evində öldü

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Arne Slot “Qarabağ”dan DANIŞDI

Arne Slot “Qarabağ”dan DANIŞDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: "FHN-dən..." - SƏS YAZISI

Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: "FHN-dən..." - SƏS YAZISI

Nigeriya prezidenti Türkiyədə Ərdoğanla görüş zamanı YIXILDI - VİDEO

Nigeriya prezidenti Türkiyədə Ərdoğanla görüş zamanı YIXILDI - VİDEO

Yeməyi çeynəmədən udmaq qanda şəkərin səviyyəsini SABİT SAXLAYIR

Yeməyi çeynəmədən udmaq qanda şəkərin səviyyəsini SABİT SAXLAYIR

End of content

No more pages to load

RADİO