“Bu platforma (“3+3” formatlı görüşü nəzərdə tutur - red.) regionun digər ölkələri ilə kommunikasiya qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
“Regionda nəqliyyat kommunikasiyaların açılmasına gəlincə, Ermənistan bunda maraqlıdır və bununla bağlı yanaşması dəyişməyib. Əminik ki, ərazimizdən keçən kommunikasiyalar sülhün bərqərar olmasına kömək edəcək”, - deyə Mirzoyan qeyd edib.
Bizim.Media