Türkiyənin məşhur müğənnisi Atilla Taş həbs olunub.
Bizim.Media xəbər verir ki, sənətçi dövlət məmurunu və dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək ittihamları ilə 2 il 2 ay 25 gün həbs cazası alıb.
İstanbul 25-ci Ağır Cəza Məhkəməsində keçirilən son iclasda saxlanılan müttəhim Atilla Taşın iştirak etmədiyi müşahidə edilib. Taşı vəkili təmsil edib. Məhkəmə Atilla Taşı "vəzifəsinə görə dövlət məmurunu təhqir etmək" maddəsi ilə 1 il 9 ay 25 gün, "hərbi və polis qüvvələrini təhqir etmək" maddəsi ilə isə 5 ay həbs cəzası verib.
Qeyd edək ki, Atilla Taş bir neçə il əvvəl də həbs edilib. O, terror təşkilatına kömək etmək səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb.
Rəşad Əliyev, Bizim.Media