“Bir aylıq fasilədən sonra, cümə günü Nikol Paşinyanın rəhbərliyi ilə "Vətəndaş müqaviləsi" partiyasının üzvləri kollegiya iclası keçirilib. Paşinyan və partiya üzvləri üçün əsas məsələ hakimiyyətin qorunub saxlanması olub. Paşinyan kollegiya iclasında komanda yoldaşlarına deyib ki, ruslar hakimiyyəti onun əlindən almaq istəyir, ona görə də onu saxlamaq üçün dəqiq və aydın addımlar atılmalıdır".
Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın “Joxovurd” nəşrində yer alıb.
"İclasda Paşinyan erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb. Planlarına çatmaq üçün o, bütün resurslardan istifadə etməyi və bu tezislərin istənilən platformada təbliğini əmr edib”, - deyə nəşr qeyd edib.
Bizim.Media