Əməkdar artist Mehriban Xanlarovanın ağır şəraitdə yaşadığı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” ictimai-sosial verilişində məlumat verib.
Zaur bildirib ki, aktrisanın bir otaqlı evində ailəsinin səkkiz üzvü yaşayır:
“Bir neçə gün bundan əvvəl Mehriban Xanlarovanın evində qonaq oldum. Onun bir otaqlı evində səkkiz nəfər ailə üzvü yaşayır. Mehriban qızını övladlığa götürüb. Özünün dünyaya gətirmədiyi, amma qızı kimi böyütdüyü dörd uşağını yanında saxlayır və onlara özü baxır. Mehriban o uşaqları çimizdirir, yedizdirir, yatızdırır, məktəbə aparıb-gətirir...
Mehribanın milyon qazancı yoxdur. Onun evinə milyard pul gəlmir. Bir eşitmə və danışma məhduddiyyətli anası var. İki xəstə əkiz, 50 yaşı keçmiş qardaşı var. Mehriban istəsəydi, onları ata bilərdi. Götürdüyü qızı böyütdü, ərə verdi, dünyaya uşaq gətirmisən özün bilərsən, sağ ol.
Belə edə bilərdi, amma etmədi. Niyə baxmalıdır onun uşaqlarına? Gedərdi qızı, özü baxardı uşaqlarına. Mehriban amma bu yükü tək çəkir. Mən Mehribana dünyaya 10 uşaq gətirdiyi ana kimi baxıram. Uşağı olmayan qadın kimi baxmıram”.