İrəvan şəhər icmasının üzvləri Bakıda bir araya gəldilər - FOTO

İrəvan şəhəri tarixən Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının əsas şəhər mərkəzlərindən biri olub. Bu şəhər Qərbi Azərbaycanın mədəniyyət beşiklərindən biridir. XX əsrin əvvəllərinə qədər yerli azərbaycanlıların mütləq əksəriyyətini təşkil edən şəhərin sakinləri Azərbaycan tarixində mühüm rol oynayıb.

Lakin təəssüf ki, ötən əsrdə baş verən 4 deportasiya, xüsusən də əsrin əvvəllərində həyata keçirilən və soyqırımları ilə müşayiət olunan sürgünlər bu şəhərdə yerli azərbaycanlıların sayının kəskin şəkildə azalması, əsrin sonlarına doğru isə tamamilə yox olması ilə nəticələnib.

Acı deportasiya günlərindən sonra da yüksək mədəniyyətə malik bu insanlar öz bənzərsiz şəhər kimliyinə bağlılıqlarını qoruyub saxlayıblar.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildiriblər ki, İrəvan şəhər icmasında birləşən soydaşlarımız İcmada bir araya gəliblər. Aralarında valideynləri İrəvanda doğulmuş və İrəvan əsilli varislərin də olduğu iclasın əvvəlində İrəvan şəhərinin tarixini, görkəmli şəxslərini əks etdirən videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov çıxış edərək İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.

İrəvan şəhər icmasının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva İrəvan şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, soydaşlarımızın bu tarixi şəhərdən zorla deportasiya olunması ilə bağlı ətraflı məlumat verib.
Daha sonra şair, oftalmoloq Paşa Musayev (Paşa Qəlbinur), “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycanın Xalq artisti, İcmanın Ağsaqqallar Şurasının üzvü Mübariz Tağıyev, İcmanın Ağsaqqallar Şurası sədrinin müavini Eynəddin Məmmədov, Sevinc Budaqova, Vaqif Vəkilov, Bülbül Kərimova, Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, Cəlil Tarverdiyev, Zülfiyyə Əliyeva, Rauf Həşimov, Arzu Paşayeva, İntizar Həsənova və Aqşin Tarverdiyev çıxış edərək doğma yurd yerləri ilə bağlı xatirələrini və qayıdış ideyasının reallaşdırılmasına dair fikirlərini bölüşüb, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərinə, eləcə də zorla çıxarıldıqları bütün torpaqlara geri qayıtmağın onların təməl hüququ olduğunu bildirərək həmin günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

End of content

No more pages to load

RADİO