“Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyn nənəsi və babası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi Bakıda onların yaşadıqları evin eyvanında nənə-babası ilə fotolar çəkdirərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Jony paylaşımına “Bizi onlarla il, qırışlar və saysız-hesabsız həyat təcrübəsi ayırır. Bizi qanımız və bir-birimizə dəli sevgimiz birləşdirir. Nənə-babanızın və onlarla keçirdiyiniz hər anın qədrini bilin” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media