Müğənni Nurlan Əzizbəylinin oğlu Mehranla bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının fotosunu sosial şəbəkə hesabında paylaşaraq hərbi xidmətə getdiyini bildirib.
“Canım oğlum, ürəyim, nəfəsim, arxa dayağım, Mehranım! Bu gün hərbi xidmətə yola düşursən. Yolun açıq olsun. Sağ-salamat gedib-qayıdasan. Xətadan, bəladan uzaq olasan. Gözümün nuru!”.
Qeyd edək ki, Nurlan Əzizbəyli ötən il övladının universitetə qəbul olduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media