Çex milyarderi Petr Kellner şənbə günü Alyaskada vertolyotun qəzaya düşməsi nəticəsində ölənlər arasında olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi PPF şirkətinə istinadən yayıb.
Bazar günü “Associated Press” nəşri Eurocopter AS50 helikopterinin düşməsi nəticəsində ən azı beş nəfərin öldüyünü yazmışdı.
Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hazırda araşdırma aparır.
Bizim.Media