Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Bizim.Media xəbər verir ki, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci qrupunun matçlarında hakimlik edəcək.
Qarşılaşmalar Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Zülfüqarov oktyabrın 24-dən 26-na kimi olacaq oyunları bolqarıstanlı Konstantin Yovçevlə birgə idarə edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media