“Kazma” ləqəbi ilə məşhurlaşan çexiyalı bloger və iş adamı Kamil Bartoşek atdığı ağılasığmaz addımı ilə dünya mətbuatının gündəminə səs salıb.
Bizim.Media xəbər verir ki, Kamil 1 milyon dollar (təxminən 1,7 milyon manat) uduşu olan lotereya təşkil edib.
Lakin sözügedən lotereyada həmin məbləği udan olmayıb. Bundan sonra bloger 1 milyon dolları bir konteynerə yerləşdirib və onu helikopter ilə göyə qaldırıb.
Pul mükafatını qazanmaq üçün 100.000 iştirakçı yer alıb. Onlar səhər saat 06:00 radələrində pulun helikopterdən atılacağı yer haqqında mesaj alıblar. İştirakçılar meydana toplanıb və 1 milyon dollar göydən yerə səpilib. İnsanlar daha çox pul yığsın dəyə bir-biri ilə mübarizə aparıblar. Həmin ərazi isə mübarizə meydanına çevrilib.
Həmin görüntüləri sizə təqdim edirik: