Hazırda “Coin Market Caps” birjasında 1 ədəd “Bitkoin” 33 895 dollardan təklif olunur.
Bizim.Media xəbər verir ki, bu kriptovalyutanın qiyməti hazırda 33 978 dollar səviyyəsindədir.
Gecə saat 2:45-də 34 030 dollar, saat 4:18-də isə 33 220 dollar səviyyəsinə düşüb. Bu da təxminən 1.5 il əvvəlkindən yüksəkdir. Gündəlik artım 11%-dən çox olub.
Qeyd edək ki, “Bitkoin”in hazırkı qiyməti son 1.5 ilin ən yüksək qiymətidir və bu səviyyə sonuncu dəfə 2022-ci ilin may ayında qeydə alınıb.
Rövşən Ziya, Bizim.Media