Nikol Paşinyanın şəxsən özü separatçıların başçısı Samvel Şahramanyanı sentyabrın 19-20-də Qarabağdakı döyüşləri dayandırmaq üçün Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın “Hraparak” nəşrində yer alıb.
Qəzet yazır ki, azərbaycanlılar Qarabağ ermənilərinin nümayəndələrinə "ordu"nun və bütün “dövlət institutlarının buraxılması”, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb. Sonra isə onun vasitəçiliyi ilə Paşinyanla telefonla danışıb.
Baş nazir Bakının bütün tələblərini yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb.
Bizim.Media