Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO 

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib. 

Bizim.Media xəbər verir ki, tədbirdən öncə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət edilib, böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib. 

TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. 
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib. 

Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib. 

Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb. 

Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub. 

Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanıb. 
Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, o cümlədən cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin verilməsi, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların və digər sənədlərin icrasının həyata keçirildiyi bildirilib. 

İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb. 

Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Abşeronda keçmiş məhkum dostunun evində öldü

Abşeronda keçmiş məhkum dostunun evində öldü

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Arne Slot “Qarabağ”dan DANIŞDI

Arne Slot “Qarabağ”dan DANIŞDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: "FHN-dən..." - SƏS YAZISI

Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: "FHN-dən..." - SƏS YAZISI

End of content

No more pages to load

RADİO