Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində onun 5 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “3+3” formatına Azərbaycan, Türkiyə, İran, Ermənistan, Rusiya və Gürcüstan daxildir.
Rəsmi Tbilisi Moskvada keçirilən ilk görüşdə olduğu kimi bu dəfə də Tehrana nümayəndə heyəti göndərməyib.
Bizim.Media