İtaliya yığması səfərdə Bolqarıstanı məğlub etdi - FOTO

Martın 28-də futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha növbəti oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, beşqat dünya çempionu İtaliya millisi səfərdə Bolqarıstan seçməsinin qonağı olub. Görüş italyanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Squadro azzurro"nun heyətində Andre Belotti və Manuel Lokatteli fərqləniblər. Bu qələbə sayəsində İtaliya millisi C qrupunda 6 xalla liderdir. Bolqarıstan isə sıfır xalla sonuncu - beşinci yerdə qərarlaşıb.

B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.

F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.

I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.

Turun ikinci oyun gününün açılış qarşılaşmasında Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub.

Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.

Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

End of content

No more pages to load

RADİO