Azərbaycan nümayəndə heyəti ermənilərin gülləbaran etdiyi ofisi ziyarət etdilər – FOTO  

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisini ziyarət edərək, Dərnəyin sədri İlhan Aşkına dəstək nümayiş etdirib. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, görüşdə Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Görüş zamanı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunaraq, incidilməsi məsələsinə toxunulub.  

Qeyd olunub ki, 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə danışaraq, erməni vəhşiliyini pisləyib.  
Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib.  

Ermənilərin şikayəti əsasında Niderland polisi qərəzli araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin tələbləri ilə istintaqa cəlb olunub.

Görüşdə iştirak edən qonaqlar İlhan Aşkının üzləşdiyi haqsız durumla əlaqədar  dərnək başqanına dəstək ifadə ediblər. 

Daha sonra qonaqlar İlhan Aşkının təcrübəli vəkillə təmin olunmasına yardım üçün əlindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Vurğulanıb ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir. 

Daha sonra qonaqlar Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisindəki şəraitlə yaxından tanış olublar.  

İlhan Aşkın Bakıdan gələn qonaqlara bu yaxınlarda erməni cinayətkarları tərəfindən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisində törədilmiş sui-qəsd cəhdinin izləri ilə tanış edib.

Bildirib ki, bu yaxınlarda erməni silahlıları Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisinə odlu silahdan atəş açaraq, dərnək üzvlərinə qarşı terror aktı planlaşdırıb. Ancaq ofisin şüşələri zirehli olduğu üçün xoşbəxtlikdən ölüm halı olmayıb. 

Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.  

Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri”  adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) “Nieuwspoort” Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Onu da bildirək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Niderlandda səfərdədir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO