Dünyaca məşhur “Hilton” otellər şəbəkəsinin varisi müğənni, model və aktrisa Peris Hilton bu il yanvarında dünyaya gələn oğlu Fenikslə yeni fotolarını paylaşıb.
Bizim.Media xəbər verir ki, təpədən-dırnağa kimi “Burberry” markasına bürünən Peris övladı ilə pozlar verib.
Çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən məşhur “Mənim qiymətli mələyim Feniks ilk dəfə Nyu-Yorkdadır” sözlərini şərh bölümünə yazıb.
Qeyd edək ki, Peris Hiltonun övladı surroqat anadan dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media