Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79 % artaraq 97,68 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Bizim.Media