Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü Tehranda keçirilə bilər.
Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda iranlı həmkarları ilə müzakirələr aparılır: “Yekun qərar qəbul edildikdə, ictimaiyyətə açıqlanacaq”.
O qeyd edib ki, Rusiya, Türkiyə və İran nümayəndələri ilə də birgə görüş gözlənilir.
Bizim.Media