Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti tərəfindən yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 10 müşahidə məntəqəsi qurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub.
Qeyd edək ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Bizim.Media