Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan litvalı hımkarı İnqrida Şimonite ilə görüşü zamanı məlumat verib.
“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, oktyabrın 5-də Qranadada keçirilən sammit zamanı qəbul edilən bəyannamədə (Azərbaycan orada iştirak etməyib-red.) də öz əksini tapıb. Tərəflərin bu “xəritəyə” sadiqliyi sülh danışıqlarında sıçrayışı təmin edəcək”, - deyə Paşinyan qeyd edib.
Bizim.Media