Müğənni İradə İbrahimova İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi baş verən hadisələrə sosial şəbəkə hesabında sərt şəkildə reaksiya bildirib.
İradə müharibəni pisləyib:
“Yaşadığımız zamana nifrət edirəm. Günahsız körpələr, qadınlar, insanlar göz görə-görə qətlə yetirilir. Allahım, artıq bunu dayandır artıq".
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağındakı xəstəxananın vurulması hadisəsini onlar tərəfindən törədilmədiyini bildirib.
Rəşad Əliyev, Bizim.Media