“2023-cü il sentyabrın 19-dan etibarən tərəflərin keçmiş təmas xətti boyunca Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölgədə hərəkətin təhlükəsizliyini təmin etmək üçün yol boyu ümumilikdə 13, o cümlədən Azərbaycan tərəfi ilə birlikdə səkkiz məntəqə yaradılıb.
Xatırladaq ki, bu gün sülhməramlıların Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsindəki müşahidə məntəqəsi bağlanıb.
Bizim.Media