Azərbaycanın U-21 yığması AVRO-2025-in seçmə mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Bizim.Media xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Lüksemburla üz-üzə gələcək.
"Azersun Arena"da baş tutacaq oyuna 18:00-da start veriləcək. Yığma komandamız bundan əvvəlki görüşlərində Serbiya (0:2) və Şimali İrlandiyaya (0:1) məğlub olub.
AVRO-2025
17 oktyabr
18:00 Azərbaycan U-21 - Lüksemburq U-21
"Azersun Arena"
Baş hakim: Dmitri Muntyan (Moldova)
Rəşad Rafiqoğlu, Bizim.Media