Qərbi Azərbaycan İcmasından İlham Əliyevə TƏBRİK

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident, Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri öz həqiqi təsdiqini tapmışdır.
Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşmuş, dünya birliyində öz layiqli yerinə ucalmışdır.

Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri Zati-alinizin gərgin zəhmətinin və titanik əməyinin bəhrəsi olmuşdur. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarmışdır.

Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilmiş və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırmışdır. Bunun nəticəsində yüz minlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşmışdır.

Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilmiş və Azərbaycanın ay-ulduzlu bayrağı Zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılmışdır.

Möhtərəm cənab Prezident, Zati-aliniz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamışdır.

Siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.

Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaqdır.
Zati-alinizin Müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğu prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyi görüş məsələnin önəmindən xəbər verir.

Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.

Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir.

Biz gələcəyə Prezident, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.

Dərin hörmətlə,

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov

Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov

Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov

Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov

Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov

Qəyyumlar Şurasının sədri Mürvət Həsənli".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO