İranda koronavirusa yoluxma halları artdığı üçün 67 şəhərə gediş-gəliş qadağan olunub.
Bizim.Media xəbər verir ki, İranın Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi deyib ki, bu qərara "qırmızı” və "narıncı” bölgələrin sayı artdığı üçün qəbul edilib:
"Ötən gün daha 23 şəhər "qırmızı”, 44 şəhər isə "narıncı” olub.
Novruz bayramında səfərlərin artması və karantin qaydalarına riayət olunmaması virusa yoluxma hallarının artmasına səbəb olub".
Bizim.Media