Baş Prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə ədliyyə orqanlarının əməkdaşlığını MÜZAKİRƏ ETDİ - FOTO 

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşüb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirib.  

Baş prokuror hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib. 

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyinə görə bir daha təşəkkürünü bildirib. 
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb. 

Görüşdə sentyabrın 19-da dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri və ölkəmizin öz suveren ərazisində konstitusion quruluşun tam bərpa edildiyi, oktyabrın 15-də isə ölkə başçısı tərəfindən Xankəndi daxil olmaqla bir sıra azad olunmuş ərazilərdə Dövlət Bayrağının ucaldıldığı qürur hissi ilə qarşılandığı xüsusi qeyd olunub. 

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sevincini bölüşüb. Türkiyə Ali Məhkəməsinin sədri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin baş tutduğu cari ilin hər iki dövlət üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Dialoq zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iştirak edib. 









 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Uşaqların dinə etiqad etməyə məcbur olunması QADAĞAN EDİLİR

Uşaqların dinə etiqad etməyə məcbur olunması QADAĞAN EDİLİR

Tramp Ağ Evdə Putinin şəklini asdı – FOTO

Tramp Ağ Evdə Putinin şəklini asdı – FOTO

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir – VİDEO

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir – VİDEO

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Bakıətrafı ərazilərdə yeni dəmiryol stansiyalarının adları açıqlandı

Bakıətrafı ərazilərdə yeni dəmiryol stansiyalarının adları açıqlandı

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Uşaqlara ad qoymaq qaydası DƏYİŞİR

Uşaqlara ad qoymaq qaydası DƏYİŞİR

Uşaqlar maddi təminat ALACAQLAR - MƏBLƏĞ

Uşaqlar maddi təminat ALACAQLAR - MƏBLƏĞ

Azad edilən ərazilərdə yeni avtobuslar istismara veriləcək

Azad edilən ərazilərdə yeni avtobuslar istismara veriləcək

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

“Qarabağ” “Liverpul”la oyuna belə hazırlaşır - FOTO

“Qarabağ” “Liverpul”la oyuna belə hazırlaşır - FOTO

Uşaqların oxuma vərdişini gücləndirəcək 7 effektiv üsul

Uşaqların oxuma vərdişini gücləndirəcək 7 effektiv üsul

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur

Abbas Abbasovun evində axtarış: Rusiyadan aldığı mükafatlar götürüldü

Abbas Abbasovun evində axtarış: Rusiyadan aldığı mükafatlar götürüldü

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək – BU İL

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək – BU İL

ŞAD XƏBƏR: Bakının bu ərazisində tramvay xətti ÇƏKİLƏCƏK

ŞAD XƏBƏR: Bakının bu ərazisində tramvay xətti ÇƏKİLƏCƏK

Bakıda daha 4 yolun tikintisinə BAŞLANILACAQ

Bakıda daha 4 yolun tikintisinə BAŞLANILACAQ

Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi? - FOTO

Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi? - FOTO

İran neftini ixrac edə bilməyəcək - ABŞ ölkəni dənizdən blokadaya alır

İran neftini ixrac edə bilməyəcək - ABŞ ölkəni dənizdən blokadaya alır

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Ötən il Bakıda neçə nasaz avtomobil yolda qalıb?

Ötən il Bakıda neçə nasaz avtomobil yolda qalıb?

3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

End of content

No more pages to load

RADİO