Nüşabə: "Əli Mirəliyev məni gecə Şəkiyə dostlarının yanına aparmaq istəyib" - VİDEO 

Xəbər verdiyimiz kimi, bu gün qısqanclıq zəminində müğənni Yaqut Haşımova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.  

Bizim.Media xəbər verir ki, mərhumun duet ortağı müğənni Əli Mirəliyev "Bizimləsən" ictimai-sosial verilişin canlı efirinə zəng edərək Yaqutla bağlı qalmaqallı açıqlamalar verib.

"Mən Yaquta sənətdə irəli getmək üçün onunla duet oxuyaraq köməklik etdim. Sonralar gördüm ki, bunun sorağı başqa yerlərdən başqa cür gəlir. Ona söylədim ki, sənin ailən (həyat yoldaşı və səkkiz yaşlı oğlu - red.), ayrı evin var. Yaqut populyar olandan sonra belə şeylər edirdi...", - deyə Mirəliev qeyd edib. 

Əli Mirəliyev danışarkən onun səsləndirdiyi bəzi fikirlər efirə egtməyib. 

Həmin an proqramda ekspert qismində iştirak edən müğənni Nüşabə Musayeva Əli Mirəliyevin səsləndirdiyi şok iddialarına sərt şəkildə reaksiya bildirib: "İndi siz deyirsiniz ki, Yaqut sağ ikən içki içib mənə zəng vururdu. Yaqut sizə niyə zəng etməli idi ki? Əgər elə idisə cavan oğlana zəng vurardı da... Onun sizə ehtiyacı var idi ki, bir kişi kimi?  

Siz özünüz Əli bəy, gecənin bir yarısında mənə zəng vurub demisiniz ki, Nüşabə xanım səni efirə çıxardacağam amma Şəkidə qonaqlarım - bəy dostlarım var, onlar səni görmək istəyir. Gəl, gedək mənimlə Şəkiyə. Əxlaqdan danışırsınızsa,... Mən Nüşabə Musayeva Sabir qızının belə şeylərlə reklama ehtiyacım yoxdur. Sən Əli Mirəliyev, heç kimin əxlaqına şər-böhtan ata bilmərsən. Mən Yaqutu çox gözəl tanıyıram. Sən özün elə ədəbsiz hərəkətlərin və davranışların, günahların ola-ola kimsəni əxlaqsızlıqda ittiham edə bilməzsən.  

Əli Mirəliyev Yaqutun qətlində taqsirkar bilinən şəxsin tərəfini tutdu, müdafiə etdi. Heç bir halda kimsəyə o ixtiyar verilməyib ki, kiminsə balasını qətlə yetirib, öldürsün. Nə reklam? Reklam vaxtıdır?".  

N.Musayevanın bu sözlərinin yalan olduğunu bildirən Ə.Mirəliyev "Danışıram və qıcıqlandırıram studiyada oturan "gözəlçələrdir" adını da qoyub Nüşabədir, Nüşanədir və sayra" deməsi ilə qarşı tərəfi daha da əsəbiləşdirib.  
Nüşabə "Əli Mirəliyev, ağzınızın danışığını bilin. "Gözəlçələrdir" adlandırdıqlarınızdan sizin evinizdə də var. Öz yaşınıza və başınıza hörmət edin. Əgər özünüzə hörmət etmirsinizsə, o zaman evdəkilərinizə hörmət qoyun. Mən o Nüşabə Musayevayam ki, sizin doğum günü məclisinizdə başda oturmuşdum. Sizə hörmətim vardı. Amma mənə etdiyiniz o təkliflərinizdən sonra sizə nifrət elədim. Siz düz danışın. Ölən insan haqqında yalnış fikir səsləndirməyin. O ölən qadın müğənninin səkkiz yaşlı oğlu, qohumları, ətrafı var. Yaqut Haşımova bizim sənət yoldaşımız olub. Deyirsiniz ki, onu efirə mən gətirmişəm. Amma sizin onu verilişlərə gətirməyinizin arxasında çox şeylər var. Bunu isə mən çox gözəl bilirəm. Şəxsən mənim özümə təkliflər eləmisən. Mənə təklif eləmisən..." - fikirlərini səsləndirib.

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.  


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO