Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 

Roma papası Fransis 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış etdib. Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına alıb və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında deyilir. 

"Bu mənada Roma papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur.

Əksinə Roma papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac var. 

Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalmış müraciəti bir daha yada salır. 
Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır", - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO