İlham Əliyev: “Türk dünyası bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazıb”

Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə ürəkdən salamlayıram.

Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar.
Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.

Məhz TÜRKSOY-un təşkilatçılığı və bilavasitə iştirakı ilə ənənəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, həmçinin türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin və görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş və möhkəmlətmişdir.

Təşkilat üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu gün də var qüvvəsini əsirgəmir. Onun fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə toplantılarında, dövlət və hökumət başçılarının birgə bəyannamələrində həmişə yüksək qiymətləndirilmişdir.
Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır. Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir.

Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni uğurlar arzulayıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməsinlər" - Nazir müavini

"Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməsinlər" - Nazir müavini

Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro çəkilə BİLƏR

Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro çəkilə BİLƏR

Bakı-Astara dəmir yolu bu tarixdə sərnişinlərin istifadəsinə veriləcək

Bakı-Astara dəmir yolu bu tarixdə sərnişinlərin istifadəsinə veriləcək

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Bakının bir küçəsi bu gündən TAM BAĞLANIR

Bakının bir küçəsi bu gündən TAM BAĞLANIR

Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT – FOTO

Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT – FOTO

Salyan rayonunda 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı – FOTO/VİDEO

Salyan rayonunda 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı – FOTO/VİDEO

İdman məşqçilərinin vəzifələri ARTIRILIR

İdman məşqçilərinin vəzifələri ARTIRILIR

Azərbaycan iqtisadiyyatına 32 milyard manat kredit qoyulub

Azərbaycan iqtisadiyyatına 32 milyard manat kredit qoyulub

Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?

Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?

Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

İrandan Azərbaycana gətirilən 1680 kq nuqa məhv edildi – SƏBƏB – FOTO

İrandan Azərbaycana gətirilən 1680 kq nuqa məhv edildi – SƏBƏB – FOTO

Rusiyada matəm ELAN OLUNDU

Rusiyada matəm ELAN OLUNDU

“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

Bu ölkədən rekord sayda əcnəbi deportasiya olundu

Bu ölkədən rekord sayda əcnəbi deportasiya olundu

Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı

Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı

Reklamlarda uşaqların görüntüsündən yalnız bu halda istifadə oluna BİLƏCƏK

Reklamlarda uşaqların görüntüsündən yalnız bu halda istifadə oluna BİLƏCƏK

Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Rejissor Ziya Şıxlinski: "Azərbaycanda kino ölüb, basdıranı yoxdur"

Rejissor Ziya Şıxlinski: "Azərbaycanda kino ölüb, basdıranı yoxdur"

End of content

No more pages to load

RADİO