İran və Çin 25 il müddətinə hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Məlumata görə, saziş siyasi, hərbi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, müqaviləni Çinin Xarici İşlər naziri Van İ və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif imzalayıb.
Bizim.Media