“Roma”nın hücumçusu Stefan El Şaaravi iki ildən artıq müddətdən sonra ilk dəfə İtaliya millisinə çağırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmanın Avro-2024-ün seçmə mərhələsində Malta və İngiltərəyə qarşı oyunları üçün milliyə dəvət alıb.
30 yaşlı futbolçu Sandro Tonali və Nikolo Zaniolo mərc qaydalarını pozmaqda şübhəli bilinən oyunçularla bağlı aparılan araşdırmalar fonunda evə göndərildikdən sonra çağırılıb. Federiko Kyeza da zədə səbəbindən millidən ayrılıb.
El Şaaravi İtaliya yığmasında 29 oyunda 6 qol vurub. Futbolçu 2021-ci ilin martından indiyə kimi milli komandada oynamayıb.
Bizim.Media