“Vladimir Putin Prezident İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan və Rusiya liderləri Bişkekdə görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim.Media