Hökumət qiymət artımını müzakirə ETDİ - FOTO 

“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, inflyasiyanın komponentləri, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, daxili bazarda qiymətləri 10 faizdən çox bahalaşan məhsulların idxal və yerli mənşəli olmasının faktorları, dünya ərzaq qiymətləri və əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin dinamikası, idxal olunan məhsulların qiymət indeksi (idxal inflyasiyası), kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti və satışı üzrə yarmarkaların təşkili, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində görülən tədbirlər və aidiyyəti qurumlar tərəfindən istifadə olunan qiymət monitorinqi sisteminin uzlaşdırılması məsələləri geniş müzakirə olunub. 

İclasda qlobal inflyasiya səviyyəsində, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyllərinin olduğu qeyd edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşmışdır. 
İşçi qrupun rəhbəri dünya ərzaq bazarlarında qiymətlərin enməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması, yüksək neft qiymətləri şəraitində ölkənin tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi və bu amilin inflyasiya idxalına və gözləntilərinə azaldıcı təsiri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi” ilə bağlı Sərəncamına əsasən ötən dövr ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən bir sıra tədbirlər, eləcə də mövsümi amillərin son aylarda Azərbaycanda inflyasiya səviyyəsinə azaldıcı təsir göstərdiyini vurğulamışdır. 

Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olmuşdur.

Bu dövrdə illik inflyasiya 5.1 faiz təşkil etmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır. 

Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir.

Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək. 

Hazırda Milli Məclisdə çox vacib məsələlərdən biri olan Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsi aparılır. Rəqabət Məcəlləsinin qəbul olunması biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. 

İclasın yekununda İşçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcək. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sarsılmaz qardaşlıq NÜMUNƏSİ – Azərbaycan, Türkiyə və Pakistan birliyinin STRATEJİ GÜCÜ

Sarsılmaz qardaşlıq NÜMUNƏSİ – Azərbaycan, Türkiyə və Pakistan birliyinin STRATEJİ GÜCÜ

ABŞ-ın hava limanında FACİƏ - 18 sərnişin XƏSTƏXANALIQ oldu

ABŞ-ın hava limanında FACİƏ - 18 sərnişin XƏSTƏXANALIQ oldu

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

"Gülümsəyən" avtomobil satılır – FOTO

"Gülümsəyən" avtomobil satılır – FOTO

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO