“Ermənistan Azərbaycanla danışıqlar aparmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants sosial şəbəkələrdə yazıb.
"10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin (buna əsasən Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verir - red.) müzakirəsindən qaçmağa ehtiyac yoxdur.
Paşinyan və ətrafı elə hesab etdi ki, bu bənddən yan keçmək mümkün olacaq. Onlar məğlubiyyətə uğradılar. İndi elə bilirlər ki, ümumiyyətlə 10 noyabr sənədindən geri çəkilsələr, yenə bu taleyüklü məqamdan yayınacaqlar. Ancaq ümidləri boşa çıxacaq.
Uduzan tərəf hətta mövcud olmayan sənəddən belə imtina edə bilməz. Bununla siz öhdəlikdən qaçmızsınız, əslində müharibə üçün səbəb yaradırsınız. Vəziyyətdən minimum itkilərlə çıxmaq üçün biz Azərbaycanla, eyni zamanda Rusiya, Türkiyə və İranla danışıqlar aparmalıyıq", deyə o, qeyd edib.
Bizim.Media