Qarabağı könüllü tərk edən erməni əsilli şəxslərdən 2,5 min nəfəri Ermənistandan xaricə gedib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
“Onlar xaricə qohumlarını ziyarət etməyə getdilər, lakin gələcəkdə qayıdacaqlar. Məqsədimiz həmvətənlərimizin Ermənistanda yaşayıb işləməsidir", deyə o, qeyd edib.
Erməni lider xatırladıb ki, Qarabağdan könüllü gələnlər Ermənistan Respublikasının sakinləri üçün mövcud olan bütün dəstək proqramlarından yararlana biləcəklər.
Bizim.Media