Rəqsanə: “Təranə qızımın adına “odnoklassnik”də səhifə açıb, onu biabır etmişdi” - VİDEO

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suel efirə çıxaraq anasından imtina etdiyini və bu məsələdə dövlət qurumlarının ona kömək etmələrini istəyib. 

Bizim.Media xəbər verir ki, məsələnin həll olması ilə bağlı müğənni Rəqsanə İsmayılova “Səni axtarıram” ictimai-sosial verilişinə gəlib. 

Müğənni illər əvvəl onun yanında çalışan prodüserin xoşagəlməz əməllərindən söz açıb: 

“Suelin bura müraciət etməsinin səbəbi odur ki, mən hər zaman Azərbaycanda olmuram. Mən çıxıb gedəcəyəm. Və mənim ixtiyarım yoxdur ki, o, uşağı özümlə harasa aparım. O uşağın qəyyumu, anası, bacısı, xalası qızı deyiləm. Allah qismət edib ki, Təranə mənim başıma açdığı oyunlardan sonra...

Bu həyat bumeranqdır. Təranə mənim 14 yaşımda qızımın adına “odnoklassniki.ru” saytında səhifə açıb, onu biabır edib. Amma Allah onun 14 yaşında qızını qabağıma çıxarıb, mən isə ona qucaq açmışam. Mən icazə vermirəm ki, o uşağın adına ləkə gəlsin. Mən onu şəxsi şürücü və mühafizəçimlə  göndərirəm məktəbə, müəllimləri ilə hər gün əlaqə saxlayıram.

Hətta o gün restorana getmişəm, bir nəfər mənə yaxınlaşıb deyir ki, sən öz uşaqlarını niyə Təranənin qızı ilə gətirib bir yerdə yemək yeyirsiniz? İnsanların fikirlərinə baxın... Heç zaman mən uşaqdan heyif çıxmaram. Bu mənim nə həyat kitabımda var, nə dəki vicdanımda var.

20 ildir ki, müğənniyəm, ortalıqdayam, barmağınızı qatlayın ki, mən bir adama pislik etmişəm. Təranə mənimlə qalmaqala başlayan gündən bütün ailəmin üzvlərinin bir-bir efirlərdə adlarını çəkib, hallandırır”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.   

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı.   
Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.   
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO