Qarabağın satqın "prezidentlər"inin simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.
Bizim.Media xəbər verir ki, bunu erməni fəal Usik Markosyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, eyni vaxtda üç keçmiş "prezident" - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan həbs edilib:
"Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, qandalı ona Ermənistan taxacaq".
Bizim.Media