İsrailə hücum planının İFŞASI – “İran cəzalandırılacaq”

HƏMAS-ın ötən həftənin şənbə günündən etibarən İsrailə qarşı etdiyi hücumların arxasında İranın dayandığı üzə çıxıb. 

Molla rejiminin ifşası

“The Wall Street Journal”ın (WSJ) oktyabrın 9-da yaydığı xəbərə görə, İran təhlükəsizlik rəsmilərinin son bir neçə həftədə İsrailə qarşı hücumlarda HƏMAS-a yardım etdiyi iddia edilib. Sözügedən xəbərdə İnqilab Keşikçiləri Ordusu üzvlərinin keçən həftə Beyrutda İsrailə hücum təşkil etmək üçün HƏMAS-a yaşıl işıq yandırdığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti Fələstin-İsrail SAVAŞI – Yaxın Şərqi qan gölünə çevirməyi KİM İSTƏYİR?


HƏMAS nümayəndələri də daha əvvəl bildirmişdilər ki, həftəsonu həyata keçirdikləri hücumlarda İran da ona köməklik göstərib. 

İranın rəsmi agentliyi olan “Tasnim”in məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian sentyabrın 1-də Beyrutda Həmas və Qəzza zolağında yerləşən Fələstin İslami Cihad adlı kiçik silahlı qruplaşmanın liderləri ilə “genişlənmiş tərkibdə görüş” keçirib.

“Hər iki tərəf Fələstinin İsrail işğalından azad edilməsinin vacibliyini vurğulayıb”, deyə məlumatda bildirilir.

Oktyabrın əvvəlində isə Həmasın Livandakı nümayəndəsi Usama Həmdan İslam birliyi konfransında iştirak etmək üçün Tehranda olub. Burada o, iştirakçılara “bütün islamçı partiyaların Qüdsü azad etmək üçün əlindən gələni etməsinin” zəruriliyindən danışıb.
ABŞ-ın İrana Qarşı Birlik Qrupunun (UANI) siyasət məsələləri üzrə direktoru Ceyson Brodski “Amerikanın Səsinin Fars xidməti”nə müsahibəsində bildirib ki, bu son görüşlər İran və Həmas arasında “əhəmiyyətli koordinasiya”nın olduğunun göstəricisidir. 

Digər tərəfdən, HƏMAS-ın hücumlara başlamasından dörd gün əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei X sosial media platformasında İsraili nəzərdə tutaraq “qəsbçi rejim bitdi” mesajını yazıb.

“Bu gün Fələstin gəncləri və Fələstində zülm və işğala qarşı hərəkat son 70-80 ildəkindən daha enerjili, canlı və daha hazırlıqlıdır. Allahın izni ilə hərəkat öz məqsədinə çatacaq”, o əlavə edib. 

Bu məlumat və açıqlamalar göstərir ki, HƏMAS-ın İsrailə hücumunun arxasında məhz İran dayanıb. 

Belə olan halda İsrail və ABŞ-ın İrandakı molla rejimini cəzalandırması ehtimalı müzakirə olunur.

Bizim.Media-ya açıqlama verən politoloq Əziz Əlibəylinin fikrincə, İranın cəzalandırılması gündəlikdədir:

“İsrailə qarşı hücumun arxasında təkcə molla rejimi dayanmır. Bu geniş konfiqurasiyanın formalaşma prosesidir. G20-nin Hindistan sammitində yeni kommunikasiya yollarının açılması layihəsi ortaya çıxdı. Onun alt qatında maraqlı olan ölkələrin də son proseslərin baş verməsində marağı ola bilər. 
İrandan başqa Rusiya da bu hücumda maraqlı ola bilər. Bir sözlə Yaxın Şərq bölgəsində bir konvensional savaşın şahidi oluruq. Amma birmənalı şəkildə proseslə bağlı olaraq molla rejimi cəzalandırılacaq. İranın cəzalandırılması gündəlikdədir. Yəqin ki, ABŞ-la məsləhətləşmələr fonunda bu baş verəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Ağakişiyevin 4 min dollarlıq ayaqqabısı MÜZAKİRƏ YARATDI - VİDEO

Anar Ağakişiyevin 4 min dollarlıq ayaqqabısı MÜZAKİRƏ YARATDI - VİDEO

2026-cı ildə şanslı olacaq 5 BÜRC

2026-cı ildə şanslı olacaq 5 BÜRC

“Turan Tovuz”un ilk sınağı UĞURSUZ OLDU

“Turan Tovuz”un ilk sınağı UĞURSUZ OLDU

Tibbdə İNQİLAB: Yeni kəşf təhlükəli qan hüceyrələrini həkimlərdən daha dəqiq aşkar edir

Tibbdə İNQİLAB: Yeni kəşf təhlükəli qan hüceyrələrini həkimlərdən daha dəqiq aşkar edir

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

End of content

No more pages to load

RADİO