Şairə Nazilə Səfərli izləyicilərinə əsəbləşib.
Bizim.Media xəbər verir ki, o, Instagram hesabında postlarının altına pulsuz reklam yerləşdirənlərə sərt ismarıc yollayıb.
"Paylaşımlarımın altından icazəsiz reklam yerləşdirənləri bu gündən blok edirəm! Əlinizdən izləyicilərim şərh yaza bilmir. Biz reklam şərhlərini pandemiyaya görə bağlamışıq. Pulsuz reklam varsa, gedin, başqa yerdə bazar açın", - deyə, N. Səfərli qeyd edib.
Bizim.Media