Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir.
Məlumata görə, poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
Bizim.Media