Çin Milli Kosmik İdarəsi "Tianwen-1" kosmik zondu Marsın iki yeni görüntüsünü dərc edib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, hər iki görüntü cihazın planetin səthindən 11 min kilometr yüksəklikdə olduğu zaman çəkilib.
Kadrlarda Qırmızı planetin böyük bir hissəsi kölgədədir, işıqlı yarımkürələr isə aypara formasındadır.
Marsın araşdırılması üçün yaradılan Çinin "Tianwen-1" ("Səmaya suallar" kimi tərcümə olunur) missiyasına planetin orbitdə çıxması və fırlanması, enişi və səthindəki hərəkəti əhatə edir.
Alimlər Marsın atmosferini, relyefini, geoloji və maqnit sahəsinin xüsusiyyətlərini araşdırmağı planlaşdırırlar ki, bu da planetin yaranmasına və təkamülünə dair bir ipucu əldə etməyə kömək edəcək.
Bizim.Media