Əməkdar artist Ədalət Şükürov Rusiyanın Əməkdar artisti Leonid Aqutinlə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, Şükürov Aqutinlə Moskvada iştirak etdiyi dəbdəbəli toyların birində görüşüb
Kulis arxasında olan ikili birgə foto çəkdirib. Həmin şəkili isə Ədalət sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Əməkdar artist sözügedən paylaşımına rus həmkarının adını işarələyərək "Peşəkarlarla işləmək gözəldir" şərhini yazıb.
Qeyd edək ki, daha əvvəl Leonid Aqutinlə Əməkdar artistlər Abbas Bağırov, Xəyyam Nisanov və müğənni Zamiq Hüseynov ayrı-ayrılıqda Moskvada iştirak etdiyi toylarda bir səhnə alaraq, çəkilən xatirə fotoları sosial şəbəkə hesablarında paylaşıblar.
Rəşad Əliyev, Bizim.Media