İsrailli siyasi ekspert Mixael Finkel ölkədə baş verən hərbi hücumla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Finkel bu barədə “Facebook” səhifəsində yazıb.
“Biz qalib gələcəyik. Qorxmayın. Yaxın gələcəkdə hər şey yaxşı olacaq”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib. İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq, Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb.

Bizim.Media