Bu gün Xalq artisti Aygün Kazımovanın müğənni və DJ qızı İlqarə Kazımovanın ad günündür.
Bizim.Media xəbər verir ki, Kazımova 33 yaşına qədəm qoyan qızını sosial şəbəkə hesabında təbrik edib.
Aygün İlqarənin fotolarını paylaşaraq, onu repertuarında yer alan “Qızım” mahnısının sözləri ilə təbrik edib:
“Qızım-gözlərinə kədər kölgə salmasın. Bu dünyada xoşbəxt yaşa, ay qızım. Anasının ürəyi... Doğum günün mübarək İlqarə qızım”
Rəşad Əliyev, Bizim.Media