Azərbaycana 2011-ci ildə “Avroviziya”da qələbə sevinci bəxş edən müğənni Nigar Camal illər sonra qrup yoldaşları ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, 24 il əvvəl “Xəzər” universitetini bitirən sənətçi qrup yoldaşlarını yada salmaq üçün arxivini üzə çıxarıb.
Belə ki, Nigar 1999-cu ildə sözügedən ali təhsil ocağında qrup yoldaşları ilə lentə alınan fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Nigar Camal bununla yanaşı məzun yoldaşları ilə görüşərkən xatirə çəkdirdiyi yeni şəkilləri də səhifəsində yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media