"Pfizer" 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə "Pfizer"in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber açıqlama verib.
"Hazırda kliniki sınaqlar həyata keçirir. Artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksin tətbiq edilib.
Vaksinin effektivlik və təhlükəsizliklə bağlı məlumatlar yaxın vaxtlarda ictimaiyyətə çatdırılacaq".
Bizim.Media