Qranada ZƏFƏRİ – Azərbaycan iştirak etmədiyi görüşdə necə QALİB GƏLDİ?

Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və birgə bəyanat imzalayıblar.

Ərazi bütövlüyümüz rəsmən tanındı...

Bəyanatda qeyd edilir ki, tərəflər Aİ Şurası Prezident Mişelin 14 may və 15 iyul 2023-cü il tarixləri bəyanatlarında qeyd olunduğu kimi, Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. 

Tərəflər bəyanatda regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin açılmasına, eləcə də ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət əsasında, habelə bərabərlik prinsipinə əsaslanan regional əlaqələrin açılmasına çağırış ediblər. 

Avropa liderləri Ermənistan və Azərbaycanı bütün məhbusları azad etməyə və itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işlərini asanlaşdırmaq üçün birgə işləməyə çağırıblar. 

Beləliklə görünən odur ki, Azərbaycan qatılmasa da Qranada görüşündə qəbul edilən bəyanat ölkəmizin növbəti zəfəri sayıla bilər. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan qatılmasa da Qranada görüşünün nətəcəsi ölkəmizin böyük uğuru, iradəmizin göstəricisidir: 

“Azərbaycanın yaratdığı reallıqlar qəbul olunur.

Ermənistan və onun Avropadakı havadarları çox çalışdı ki, Azərbaycanın yaratdığı reallıqları dəyişdirsinlər. Onlar Azərbaycan ərazisindəki terrorçu rejim üzərindən çalışdılar ki, hansısa məsələlərin açıq qalmasına nail olsunlar. 

Keçən il oktyabrın 5-də Ermənistana Avropa İttifaqının mülki missiyası göndərildi. Hansı ki, həmin missiyanın regiona gəlməsinə zərurət yox idi. Azərbaycan beynəlxalq səviyyədə tanınan torpaqlarını işğaldan azad edib. Ardınca Bakı İrəvana beynəlxalq hüquq normaları ilə tam uzlaşan sülh şərtlərini təqdim etdi. Burada da qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyəynləşdirilməsi, Ermənistanın Azərbaycana olan ərazi iddialarından əl çəkməsi öz əksini tapıb. Bunlar sadə, elementar və zəruri şərtlər idi. 

Bütün bunlara əhəmiyyət verməyən İrəvan yenə də məsələni uzatmaqda davam edirdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə məcburən tanıdıqdan sonra, onun sənəd üzərində öz ifadəsini tapması məsələsini uzatmağa çalışdılar. Buna rəğmən, Qranadada görüşdən sonra iştirakçıların birgə bəyanatında rəqəmlərlə Azərbaycanın ərazi bütövlüyü ifadə olunaraq, tanındı”. 

Deputat bunu ölkəmizin böyük uğuru kimi dəyərləndirib: 

“2020-ci ildən sonra qələbənin tanıdılması istiqamətində ciddi addımlar atmalı olduq. Azərbaycana qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri mövcud idi. Bu istiqamətdə Fransa xüsusi canfəşanlıq edirdi. Amma buna baxmayaraq, Qranadada Azərbaycanın qətiyyəti, mövqeyi, iradəsi qələbə çaldı. Belə vəziyyət Azərbaycanın haqlı mövqelərinin davamlı olaraq qalib gəldiyinə növbəti bir işarədir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

End of content

No more pages to load

RADİO