Dünən Qarabağdakı qondarma rejimin son "rəhbəri" Samvel Şahramanyan bir sıra "rəsmilərlə" birgə Qarabağı tərk edərək Ermənistana yollanıb.
Bizim.Media xəbər verir ki, bu iddianı rejimin keçmiş "dövlət naziri" Artak Beqlaryan Twitter-də yazıb.
Qeyd edək ki, bu informasiya hələki rəsmi təsdiqini tapmayıb.
Yeri gəlmişkən, rejimin Şahramanyandan əvvəlki 3 "başçısı" - Arkadi Qukasyan, Bako (əsl adı Bahadır olub) Saakyan və Arayik Arutyunyan tutularaq Bakıya gətirilib.
Bizim.Media